Kim Çen In Amur vilayətində baş verən təyyarə qəzası ilə bağlı Putinə başsağlığı veribbackend

Şimali Koreya lideri Kim Çen In Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib. Şimali Koreya liderinin müvafiq teleqramını Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) dərc edib.

Kim Çen In teleqramında qeyd edib ki, KXDR hökuməti, xalqı və şəxsən özü adından Putinə, Rusiya Federasiyası hökumətinə, Rusiya xalqına, təyyarə qəzasında həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı verir.

O, həmçinin qeyd edib ki, Şimali Koreya xalqı “qardaş rus xalqı ilə bədbəxtliyi və kədəri bölüşür”.