Kim Çen In ballistik raketin buraxılmasını düşmənlərə xəbərdarlıq adlandırıbbackend

Şimali Koreya lideri Kim Çen In qitələrarası ballistik raketin buraxılışını regionda gərginliyin artması fonunda ölkənin təhlükəsizliyini təhdid edən düşmənlərə xəbərdarlıq adlandırıb.

Bu barədə “Reuters” Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən yazır.

Sınaqda iştirak edən Kim Çen In deyib ki, bu sınaq ölkənin təhlükəsizliyini təhdid edən düşmənlərə xəbərdarlıqdır.

“Sınaq son vaxtlar regionda vəziyyəti qəsdən gərginləşdirən və respublikamızın təhlükəsizliyinə təhdid yaradan düşmənlərə cavab vermək iradəmiz barədə məlumatlandırmaq məqsədinə tam cavab verən məqsədyönlü hərbi əməliyyatdır”.