Şimali Koreya lideri Kim Çen In bildirib ki, Şimali Koreya ilə Çin arasında dostluq və əməkdaşlıq möhkəmlənəcək. Pxenyanın Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya lideri Kim Çen In Çin prezidenti Si Cinpinə cavab məktubu göndərərək Koreya İşçi Partiyasının (KİP) baş katibi vəzifəsinə yenidən seçilməsi münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib. Kim Çen In qeyd edib ki, çinli həmkarının təbrik mesajı onun və bütün KİP üzvləri üçün dəstək və ruhlandırma əlamətidir.
Şimali Koreya lideri KİP və KXDR hökumətinin “yeni dövrün tələblərinə və hər iki ölkə xalqlarının istəklərinə” uyğun olaraq Pxenyanın və Pekinin ənənəvi dostluğunu daha da gücləndirməyə və inkişaf etdirməyə sadiq qaldığını vurğulayıb.















