Kim Çen In “ən əziz dostu” Putinin məktubuna cavab veribbackend

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə cavab göndərib, KCNA xəbər verir.

Şimali Koreyalı siyasətçi təbrik məktubuna görə “ən əziz dostuna” təşəkkür edib və Putinlə dostluğunu “əvəzsiz” hesab etdiyini vurğulayıb. Kim bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq davam edəcək.

Mesajda deyilir: “Mən sizin yürütdüyünüz bütün siyasət və qərarlara mütləq hörmətlə yanaşacağam və qeyd-şərtsiz dəstəkləyəcəyəm və həmişə sizin və sizin Rusiyanızın yanında olmağa hazıram”.

Şimali Koreya lideri bu seçimin dəyişməyəcəyini və “əbədi qalacağını” vurğulayıb.