Şimali Koreya Prezident Kim Çen Inın müdafiə zavoduna baş çəkdiyi şəkilləri yayımlayıb. Şəkillər Pxenyanın Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) saytında yerləşdirilib.
Şimali Koreya lideri zavoda qızı ilə birlikdə Koreya İşçi Partiyası Mərkəzi Hərbi Komissiyasının üzvlərinin müşayiəti ilə gəlib. Kim Çen In və partiyanın aparıcı rəsmiləri yeni yerli tapançanın istehsalını yoxlayıblar.














