KXDR Dövlət Şurasının sədri Kim Çen In Rusiya prezidenti Vladimir Putini Şimali Koreyaya səfərə dəvət edib.
Bu barədə Yonhap agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Putin dəvəti qəbul edib.
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidentinin KXDR-ə cavab səfərinin hazırda planlaşdırılmadığını bildirib.
Mənbə: Lenta.ru