Kim Çen In Rusiyaya səfərindən sonra Şimali Koreyaya qayıdıb

Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfərini başa vurduqdan sonra Pxenyana qayıdıb.

Bu barədə KXDR-in dövlət radiosu “Koreya səsi” məlumat yayıb.

Şimali Koreya liderinin xüsusi qatarı sentyabrın 19-u axşam saatlarında Pxenyana çatıb. Stansiyada Kim Çen Inı Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Rəyasət Heyətinin üzvləri, hökumətin və ordunun nümayəndələri qarşılayıblar. KXDR liderinin gəlişi münasibətilə uşaqlar gül dəstələri təqdim ediblər.

Mesajda qeyd edildiyi kimi, Kim Çen Inın fəaliyyəti “Koreya-Rusiya dostluğunun möhkəmlənməsi və inkişafı tarixinə parlaq səhifələr daxil edəcək”. KXDR lideri qarşılanma mərasimində iştirak edən “paytaxt sakinlərinə hərarətlə əl yelləyib”.

Mənbə: A haber

Oxşar xəbərlər