Kim Çen In Şimali Koreya hərbçilərini təbrik edibbackend

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) Təsis Günü münasibətilə Kursk bölgəsində xidmət edən qoşunları təbrik edib. Bu barədə KCNA xəbər agentliyi məlumat verib.

“Xüsusilə Təsis Günü münasibətilə qəhrəman ordunun şərəfinə uzaq xarici torpaqlarda döyüş mövqelərində Vətənin əmrlərini yerinə yetirən xarici xüsusi əməliyyat qüvvələrinin komandirlərinə və əsgərlərinə səmimi təbriklərimi çatdırıram”, – deyə o, Şimali Koreya Müdafiə Nazirliyinə səfəri zamanı bildirib.

Kim Çen Inın sözlərinə görə, 2026-cı il KXO-nun döyüş cəbhəsinin genişlənəcəyi monumental dəyişikliklər ili olacaq. Ali Baş Komandan qeyd edib ki, növbəti beş ildə KXO ordusunun xüsusi və əvəzolunmaz rolu daha da artacaq.