Pxenyanın Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, KXDR Ali Xalq Məclisi özünün ilk iclasında Kim Çen Inı yenidən Dövlət İşləri Komissiyasının sədri seçib.
Məqalədə vurğulanır ki, “dünyanın ən görkəmli nəzəriyyəçisi, dövlət quruculuğunda böyük strateq və yaradıcılıq və dəyişiklik nəhəngi”nin yenidən seçilməsi “fövqəladə siyasi şüur və inqilabi həvəs” atmosferində baş tutub və “Cuçe inqilabi işinin əbədi qələbəsini” qəti şəkildə təmin etməkdə böyük siyasi əhəmiyyətə malikdir.














