Rensong Maşınqayırma Assosiasiyasının modernləşdirilməsinin başa çatması münasibətilə keçirilən mərasimdə Şimali Koreya lideri Kim Çen In vitse-baş nazir Yanq Sınq Honu açıq şəkildə vəzifəsindən azad etdi.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Agentlik Şimali Koreya liderinin sözlərini sitat gətirərək bildirib ki, “Rensong Maşınqayırma Assosiasiyasının modernləşdirmə prosesinin birinci mərhələsi məsuliyyətsiz, kobud və səriştəsiz idarəetmə səbəbindən lazımsız süni xaosa məruz qalıb”.















