Şimali Koreyanın sədri Kim Çen In KXDR-in yeni məxfi silah əldə etdiyini açıqlayıb.
Onun KXDR Ali Xalq Məclisinin iclasındakı çıxışı barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“Biz yeni məxfi silah əldə etdik. Müdafiə elmi və tədqiqatlarında mühüm irəliləyişlər əldə olunub ki, bu da döyüş potensialının kəskin artmasına böyük töhfə verəcək”, – o bildirib.
Kim Çen In KXDR-in esmineslər inkişaf etdirdiyini xatırladıb və o, bunu “dəniz qüdrətinin qurulmasında ilk mühüm addım” adlandırıb. O əlavə edib ki, ölkə davamlı olaraq strateji qüvvələrini və kütləvi istehsal olunan silahlarının xüsusiyyətlərini gücləndirir.