Şimali Koreya lideri Kim Çen In bildirib ki, Pxenyan planlaşdırıldığı kimi hərbi kəşfiyyat peykini orbitə buraxacaq.
Reuters-in Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Kim Çen In Şimali Koreyanın kəşfiyyat imkanlarını artırmaq üçün oxşar kosmik gəmilərdən ibarət bir bürcün yerləşdirilməsinə də göstəriş verib.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Şimali Koreya ABŞ və Cənubi Koreyanın təzyiqlərinə cavab olaraq ölkənin döyüş gücünü gücləndirməyi planlaşdırır.

