Kim Çen In və qızı tank sürdülərbackend

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya lideri Kim Çen In və qızı hərbi təlimlər zamanı yeni bir tanka miniblər.

Yayımlanan görüntülərdə Şimali Koreya liderinin qızı və hərbçiləri ilə birlikdə tankın zirehinin üzərində gəzdiyi görünür. Maşının üzərində KXDR-in dövlət bayrağı nümayiş etdirilir.

Tədbir zamanı Kim Çen In atəş idarəetmə sistemi, elektron müharibə sistemləri, idarə olunan raketlər və aktiv mühafizə sistemi ilə təchiz olunmuş tankın hazırlanmasının yeddi il çəkdiyini qeyd edib.