Kim Çen In Koreya İşçi Partiyasının (KİP) baş katibi vəzifəsinə yenidən seçilib.
Bu barədə Pxenyanda yerləşən Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat verib.
9-cu KİP Konqresi Kim Çen Inın yenidən baş katib vəzifəsinə seçilməsi ilə bağlı “hörmətli təklifi” tam dəstəkləyib və təsdiqləyib. Bu, “dövr dəyişikliklərinin” baş verdiyi və “böyük nəticələrin” əldə edildiyi son beş illik mübarizənin tarixinə verilən qiymətdir. Kim Çen Inın “müqəddəs adı” olan “hər şeyi fəth edən bayraq” bütün KXDR xalqının seçimini və iradəsini əks etdirir.
Konqresdə Şimali Koreya liderinin “fövqəladə ideoloji və nəzəri müdriklik, fövqəladə liderlik gücü və nəcib milli keyfiyyətləri ilə” KİP-i və KXDR xalqını vahid qələbə yolu ilə aparan və ölkəyə, inqilaba, “dövr və tarixə” böyük xidmətlər göstərən “ən görkəmli siyasətçi” olduğu vurğulanıb.















