Kim Çen Inın bacısı Şimali-Cənubi Koreya münasibətləri ilə bağlı açıqlama veribbackend

KXDR-in Seulla danışacaq heç nəsi yoxdur; Şimali və Cənubi Koreya arasındakı münasibətlər dönüş nöqtəsini keçib.

KCNA xəbər verir ki, bunu KXDR lideri Kim Çen Inın bacısı Kim Yo Conq deyib.

“Cənubi Koreyada hansı siyasətçilərin hakimiyyətə gəlməsindən asılı olmayaraq, hansı təkliflər irəli sürülməsindən asılı olmayaraq, bu bizi maraqlandırmır: “Bizim Seulla danışacaq bir şeyimiz yoxdur”, o vurğulayıb.

Şimali Koreya liderinin bacısı Seulun KXDR-ə qarşı düşmənçilik siyasətini davam etdirdiyini xatırladıb: Cənubi Koreya və ABŞ tezliklə Şimali Koreyanın sərhədləri yaxınlığında birgə təlimlər keçirəcək.

Bundan əvvəl Kim Çen In bəyan etmişdi ki, KXDR “anti-imperialist, anti-Amerika” döyüşündə qalib gələ biləcək.