Kişinyov hava limanında müxalif siyasətçilər saxlanılıbbackend

Moldova parlamentinin “Qələbə” müxalifət blokundan olan deputatı Regina Apostolova, Orxey şəhərinin meri Tatyana Koçyu, “Şans” partiyasının lideri Aleksey Lunqu Moskvada qurultaydan sonra Kişinyov hava limanında saxlanılıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Hər üçü sərhəd nəzarətindən keçərkən saxlanılıb. Komrat Şəhər Şurasının üzvü İvan Panyanın sözlərinə görə, Moskvadan qayıdan müxalifətçilər Kişinyov hava limanında əlavə yoxlamalara məruz qalıblar.

Lunqu hava limanında bir saatdan çox saxlandıqlarını bildirib. Koçu əlavə edib ki, Kişinyova çatdıqdan sonra onu dindirməyə çağırıblar.