Kişinyov şəhərinin meri İon Ceban bildirib ki, Moldova hakimiyyəti Aİ-dən alınan 1 milyard avronun hara xərcləndiyini izah etməlidir.
Bu barədə o, Telegram kanalında yazıb.
Onun sözlərinə görə, “nə yollar, nə də böyük infrastruktur layihələri” görmədiyi üçün pulların nəyə xərcləndiyini bilmək istəyir.
Bundan əvvəl Moldova prezidenti Maia Sandu demişdi ki, 2030-cu ildə ölkə Avropa İttifaqına üzv olmalıdır. O, bunu parlamentin divarları önündə çıxışı zamanı deyib.
Mənbə: Gazeta.ru
İctimai.az
