Milli Alternativ Hərəkat (MAN) partiyasının nümayəndələri qaz tariflərinin artırılması ilə bağlı cinayət işinin başlanması tələbi ilə Moldova prokurorluğuna müraciət ediblər.
Bu barədə Kişinyovun meri İon Ceban Telegram kanalında bildirib.
Bu gün MAN qazın bahalaşması nəticəsində vətəndaşlara və dövlət büdcəsinə dəymiş ziyan faktı ilə bağlı ayrıca cinayət işinin başlanması üçün Baş Prokurorluğa vəsatət təqdim edib.
Milli Enerji Tənzimləmə Agentliyi bundan əvvəl Moldovada qaz tarifinin 2024-cü il dekabrın 1-dən 28% artaraq kubmetr üçün 0,85 dollara çatdırılması barədə qərar qəbul etmişdi. MAN bununla da kifayətlənməyib və prokurorluğa şikayət edib.