Kişinyovda müxalif Şor partiyasının etiraz aksiyasında nümayişçilərlə “aqressiv insanlar qrupu” arasında lokal toqquşmalar olub.
Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.
Qeyd olunur ki, etirazçılar parlamentə yaxınlaşanda bir neçə nəfər onlara tərəf irəliləməyə başlayıb, onlar polisi “sərbəst” keçərək ön cərgələrdən nümayişçilərə yumruqla hücum ediblər. Agentliyin məlumatına görə, hazırda aksiya rəvan gedir.
Eyni zamanda şəhərin mərkəzindən keçən nəqliyyatın hərəkəti kəsilib, ona bitişik küçələrlə gediş-gəliş çətinləşib.
İctimai.az

