NBC News xəbər verir ki, Kiss qrupunun basçısı Gen Simmons Kaliforniyanın Malibu şəhərində avtomobil qəzasına düşüb.
Məlumatda qeyd olunur ki, qəza oktyabrın 7-də baş verib. 76 yaşlı musiqiçi avtomobilini idarə edərkən huşunu itirib və dayanmış avtomobilə çırpılıb. Simmons xəstəxanaya yerləşdirilsə də, müayinədən sonra buraxılıb.
Musiqiçi özünü yaxşı hiss etdiyini bildirib.