KİV-lər Avropanın Ukrayna ilə bağlı “alternativ strategiyası” haqda məlumat yayıbbackend

Kiyevin NATO-ya üzvlük perspektivləri çətinləşdiyi bir şəraitdə Avropa Ukraynanın müdafiə sənayesinə sərmayə qoymaq strategiyasını qəbul edib.

Britaniyanın “The Independent” qəzetinə görə, bu investisiyalar Avropanın müdafiəsini gücləndirə bilər.

“Ukraynanın NATO-ya üzv olmaq şansının zəifləməsi ilə ölkənin Qərb müttəfiqləri Rusiyanın təcavüzünü dəf etməyə kömək etmək üçün alternativ strategiyanı mənimsəyiblər: Ukraynanın hərbi sənayesinə milyardlarla sərmayə yatırmaq ki, o, özünü daha yaxşı müdafiə edə bilsin”.

Məqalədə qeyd edilir ki, strategiya işləsə, Ukrayna hərbi sənayesi son nəticədə ABŞ və Avropa ordularını qabaqcıl pilotsuz uçuş aparatları və digər hərbi texnologiyalarla təchiz etməyə kömək edə bilər.