“The New York Times” (NYT) regional rəsmilərə və analitiklərə istinadən yazır ki, İsrail və İran arasında yeni hərbi əməliyyatların başlaması an məsələsidir.
Məqalədə deyilir: “İranın uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırmaq üçün nəzərdə tutulan 2015-ci il sazişinin müddəti keçən ay başa çatıb. İrana qarşı sərt sanksiyalar bərpa edilib. Onun nüvə proqramı ilə bağlı danışıqlar, ən azı, hələlik dalana dirənib”.
Bu arada İsrail rəsmiləri güman edirlər ki, iyun ayında məhv edilmiş yüksək zənginləşdirilmiş uran ehtiyatı faktiki olaraq təhlükəsiz yerə çıxarılıb. Bundan başqa, Tehran yeni zənginləşdirmə obyekti üzərində işləməkdə şübhəli bilinir.
Qəzetin yazdığına görə, Fars körfəzində çoxları hesab edir ki, İranın nüvə proqramının ekzistensial təhlükə yaratdığına dair İsrailin uzunmüddətli mövqeyini nəzərə alaraq, bu, İrana yeni hücumu demək olar ki, qaçılmaz edir.














