Kiyev Almaniyanı “Taurus” uzaqmənzilli raketlərini ötürməyə çağırıb

TASS xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri komandanlığının müşaviri Yuri İqnat Almaniyanı Ukraynaya alman “Taurus” raketlərini ötürməyə çağırıb.

“Almaniya hökuməti hansı qərarı verəcək – ümid edirəm ki, bu, Ukraynanın xeyrinə olacaq” dedi.

O, Qərbin uzaqmənzilli raketlərinin effektivliyini qeyd edib.

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Telegram kanalında ölkənin Fransadan uzaqmənzilli SCALP raketləri aldığını təsdiqləyib və onlardan birinə imza ataraq müvafiq foto paylaşıb.

Mənbə: TASS

Oxşar xəbərlər