Kiyev elektrik kəsintiləri səbəbindən insanları evlərindən çıxarmağı planlaşdırırbackend

Kiyev hakimiyyəti sakinləri istilik və ya elektrik enerjisinin hələ bərpa olunmadığı binalardan çıxarmaq məcburiyyətində qalacaq. Strana.ua saytının verdiyi məlumata görə, Kiyev Şəhər Şurasının üzvü Maryna Poroşenko bu barədə açıqlama verib.

Daha əvvəl Kiyev meri Vitali Kliçko bildirib ki, dörd gündür işıq kəsintilərinin davam etdiyi Kiyevdə təxminən 300 çoxmərtəbəli bina istiliksiz qalır. O əlavə edib ki, kommunal xidmət işçiləri zədələnmiş vacib infrastrukturu gecə-gündüz təmir etməyə davam edirlər. Kiyev hazırda təcili elektrik kəsintiləri qrafiki ilə işləyir.

Mer əlavə edib ki, vacib infrastruktur güclü generatorlar və mobil qazanxanalar tərəfindən təchiz olunur. Altı gündür istilik və elektrik enerjisi kəsilən bəzi böyük çoxmərtəbəli binalardakı istilik stansiyaları da generatorlara qoşulur.

Bundan əlavə, paytaxtda 1200-dən çox istilik stansiyası fəaliyyət göstərir.