Kiyev meri Vitali Kliçko bildirib ki, şəhər hakimiyyəti 2022-ci ilin fevralından hərbi xərclərə 1,2 milyard qrivnadan (32 milyon dollar) çox vəsait ayırıb. O, bu barədə öz Telegram kanalında yazıb.
“Bu günə qədər paytaxt təhlükəsizlik və müdafiə qüvvələrinin maliyyələşdirilməsinə artıq 1,2 milyarddan çox vəsait ayırıb” dedi mer.
Kliçko Ukrayna Silahlı Qüvvələrinə kömək üçün şəhər büdcəsindən daha çox pul göndərəcəyini vəd edib. O, həmçinin Ukrayna ordusuna pilotsuz uçuş aparatları və digər müdafiə yardımlarının çatdırıldığını açıqlayıb.
Mənbə: TASS

