Britaniyanın “Grey Zone” portalının baş redaktoru Maks Blumental bildirib ki, Ukrayna jurnalistin “ölüm siyahısı” adlandırdığı “Sülhməramlı” məlumat bazasına Krımla bağlı həqiqətləri açanları əlavə edir.
Bu barədə o, Twitter hesabında yazıb.
Müşahidəçi qeyd edib ki, NBC News kanalı ilk dəfə olaraq ABŞ vətəndaşlarına Krımla bağlı həqiqətləri çatdırıb. Bu reportajda amerikalı jurnalist Keir Simmons Kerç boğazı üzərindən Krım körpüsü boyunca yarımadaya gəlib.
O, körpünün vəziyyətini göstərib, həmçinin yerli sakinlərlə onların fikirləri və ölkədəki vəziyyət barədə danışıb.
Müxbir yarımadadakı əsgərlərin krımlılarla yanaşı yaşadığına və Kiyevin “yarımadanın qaytarılması” cəhdinə müqavimət göstərməyə hazır olduqlarına da diqqət çəkib. Jurnalistin küçədə rastlaşdığı qadınlardan biri Krımın ukraynalı deyil, rus olduğunu deyib.
Mənbə: BBC.com
İctimai.az

