Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Kiyevdə 1000 km-ə qədər uçuş məsafəsinə çata bilən raketlərin eksperimental modellərinin olduğunu açıqlayıb.
Ukraynanın “Kanal 24” telekanalına müsahibəsində o qeyd edib ki, təkcə pilotsuz uçuş aparatlarının (dronların) deyil, həm də raketlərin istehsalını inkişaf etdirmək lazımdır. Podolyak vurğulayıb ki, artıq 750-1000 km uçuş məsafəsi olan raketlərin sınaqdan keçirilmiş eksperimental modelləri mövcuddur.
Podolyak qeyd edib ki, Kiyev raket və pilotsuz təyyarələrin istehsalı vasitəsilə Rusiya Federasiyası ilə hərbi paritet əldə etməyə ümid edir. O qeyd edib ki, bunun üçün Ukrayna artıq işə salınmış istehsalı genişləndirməli və Qərb ölkələrindən investisiya cəlb etməlidir. Rəsmi əlavə edib ki, Ukrayna altı ay ərzində minlərlə raket istehsal etmək iqtidarında olmasa da, dövlət bunun üzərində fəal işləyir və istehsalın inkişafına sərmayə qoyur.
Mənbə: TASS