Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bəyan edib ki, dövlət başçısı Vladimir Zelenski 2024-cü il martın 31-də keçiriləcək prezident seçkilərinə hazırlaşmaq barədə göstəriş verib. Bu barədə Klymenko Time Telegram kanalı məlumat yayıb.
Qonçarenko bildirib ki, Zelenskinin gələn il prezident seçkiləri keçirmək qərarı ilə bağlı məlumatı var. Zelenski ofisinə gələn il martın 31-də keçiriləcək seçkilərə hazırlıqla bağlı göstəriş verib. Qonçarenkonun sözlərinə görə, Ukrayna rəhbəri və ətrafı bu qərarı ictimaiyyətə Qərbin tələbləri ilə izah etmək niyyətindədir. O cümlədən, prezident seçkiləri baş tutmasa, Zelenski legitimliyini itirəcək. Xüsusən də Rusiyada gələcək seçkilər fonunda.
Öz növbəsində, “Country Politics” resursu iddia edir ki, Zelenskinin belə niyyətlərinin rəsmi təsdiqi yoxdur. Hakimiyyət seçkilərin keçirilməsinin mümkün olması ilə bağlı mövqeyini açıq şəkildə bəyan edir, lakin yekun qərar verilməyib. Kiyevdə bütün müsbət və mənfi cəhətləri çəkirlər.
Mənbə: Haber.com