Kiyevdə küçələrin işıqlandırılması minimuma endirilirbackend

Kiyevdə elektrik enerjisinin olmaması səbəbindən küçələrin işıqlandırılması azaldılır. Bu barədə TASS Kiyev şəhər hərbi administrasiyasının press-relizinə istinadən yazır.

Sənədə əsasən, axşam saatlarında küçələrin işıqlandırılmasından istifadənin azaldılması barədə qərar qəbul edilib. Bununla belə, administrasiyanın Telegram kanalında dərc olunmuş rəsmi mesajda göstərildiyi kimi, bütün işıqların tam söndürülməsi planlaşdırılmır.

Həmçinin qeyd edilir ki, yaranmış vəziyyətlə əlaqədar “Ukrenerqo” şirkəti saat 18:00-dan axşam saat 24:00-dək sənaye müəssisələri və biznes müəssisələrinin enerji təchizatında müvəqqəti məhdudiyyətlər tətbiq etməyə məcburdur.

Mənbə: TASS