Kiyevdə qarşıdan gələn qışın münaqişədə dönüş nöqtəsi olacağına inanırlarbackend

Donald Trampın Ağ Evə qayıtması ilə yaxın 4-5 ay Ukrayna münaqişəsində dönüş nöqtəsi olacaq. Bu fikri Reuters agentliyinə adı açıqlanmayan yüksək vəzifəli ukraynalı məmur deyib.

Onun sözlərinə görə, ABŞ-da baş verən siyasi hadisələr Kiyevi müharibənin mümkün yekun mərhələsi haqqında düşünməyə vadar edir.

“Bu qış dönüş nöqtəsidir… Ümid edirəm ki, müharibə başa çatır. Hazırda danışıqlarda hər iki tərəfin mövqelərini, başlanğıc mövqelərini müəyyən edəcəyik”, – deyə anonimlik tələb edən ukraynalı rəsmi bildirib.