Kiyev vilayətində partlayışlar baş veribbackend

Fevralın 7-də səhər saatlarında Kiyevdə və Ukraynanın Kiyev vilayətində silsilə partlayışlar baş verib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Partlayışın Ukrayna paytaxtının dəqiq harada baş verdiyi açıqlanmayıb.

“Ukrayinska pravda”nın məlumatına görə, Xarkovda da partlayış baş verib.

Mənbə: TASS