Ukrayna Ali Radasının keçmiş xalq deputatı İrina Farionun qətli təxribatdır. Bu barədə Kiyevin meri Vitali Kliçko özünün Telegram kanalında yazıb.
Onun sözlərinə görə, zorakılıq rəqiblərlə və fərqli düşünənlərlə mübarizə üsulu deyil. Mer əlavə edib ki, Farionun qətli təxribatdır və ölkədə hüquq-mühafizə sisteminə, demokratiyaya və sabitliyə meydan oxuyur.
Kliçko qeyd edib ki, hadisənin bütün halları operativ şəkildə araşdırılmalı, araşdırmanın nəticələri ictimaiyyət üçün açıq olmalıdır.
Mənbə: Haber Global