Kliçko Zelenskinin avtoritar siyasətini adlandırıbbackend

Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, ölkə prezidenti Vladimir Zelenskinin siyasəti getdikcə avtoritarlaşır. Siyasətçi bu barədə Kanadanın “Globe and Mail” qəzetinə müsahibəsində danışıb.

Kliçkonun sözlərinə görə, hazırda Ukraynada demokratik prinsiplərdən uzaqlaşma və avtoritarizmə doğru hərəkat var. O, vurğulayıb ki, Ukraynada 2022-ci ilin fevralından bəri demokratik yolla seçilmiş 200-dən çox mer və yerli şuraların rəhbərləri hərbi idarələrlə əvəzlənib.

Kliçko bu cür siyasəti tamamilə antidemokratik adlandırıb və bunun son nəticədə avtoritar hakimiyyət şaqulisinin qurulmasına gətirib çıxaracağını qeyd edib. O, narahatlığını Kiyevdəki Qərb səfirləri ilə bölüşdüyünü və diplomatların ölkədəki vəziyyətlə bağlı onun qiymətləndirməsi ilə razılaşdığını bildirib.

Mənbə: Globe and Mail