Kobaxidzeni Fikonun taleyi ilə hədələyən Avropa komissarı Várhelyi ittihamlara cavab veribbackend

Gürcüstanın baş naziri İrakli Kobaxidzeni təhdid edən Avropanın Qonşuluq və Genişlənmə Məsələləri üzrə komissarı Oliver Varhelyi deyib ki, o, səhv başa düşülüb və “Fikonun taleyi” ifadəsi kontekstdən çıxarılıb. RİA Novosti bu barədə “Frans Press” agentliyinə istinadən xəbər verir.

“Mən (Gürcüstanın Baş Naziri ilə) telefon danışığımın müəyyən hissəsinin kontekstdən çıxarıldığına görə çox təəssüflənirəm”, – Varhelyi deyib.

Beləliklə, Gürcüstanın baş nazirinin özü siyasi sui-qəsd təhdidini ifadə edən həmkarının adını çəkmədiyi üçün Kobaxidzenin telefonla kiminlə danışdığı bəlli olub.

Mənbə: RİA Novosti