Köç karvanı Xocavəndin Xanoba kəndinə çatıbbackend

Köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb.

İctimai.az “Report”a istinadən xəbər verir ki, doğma yurduna qayıdan ailələri kənddə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyi, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.