Köhnə Mercedes-Benz avtomobillərində ciddi qüsurlar aşkar edilibbackend

Alman avtomobil istehsalçısı Mercedes-Benz 223 min avtomobilini təhlükəsizlik yastıqlarının nasazlığına görə geri çağırır.

Bu barədə Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinin qərarına istinadən DPA agentliyi məlumat yayıb.

Bu, 2002-ci ilin dekabrından 2006-cı ilin fevralına qədər istehsal edilən Viano və Vito furqon modellərinə aiddir. Almaniyada geri çağırılma 60,2 min avtomobilə təsir edəcək. Mercedes-Benz nümayəndəsinin sözlərinə görə, sürücünün təhlükəsizlik yastığı zavodda Takata-nın modulundan istifadə etməklə quraşdırıla bilər.

100 milyon avtomobildə nasaz Takata hava yastıqları aşkar edilib. Problem qaz generatorundadır, zamanla gövdəsi çatlarla örtülür. Bu səbəbdən, qəza zamanı təhlükəsizlik yastığı avtomobilin salonuna çoxlu metal parçaları ata bilər. Kütləvi geri çağırma kampaniyası Yaponiyanın Takata şirkətini iflasa sürükləyib.

2009-cu ildən bəri Yaponiyanın Takata şirkətinin qüsurlu təhlükəsizlik yastıqları səbəbindən bütün dünyada ölümlə nəticələnən 30-dan çox qəza qeydə alınıb.