Kolumbiya prezidenti Qustavo Petro Nazirlər Şurasının iclasında bildirib ki, dövlət şirkəti Ecopetrol ABŞ-dakı frakinq biznesini satmalıdır.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Bu gün mən gördüm ki, “Ecopetrol” 2026-cı ilə qədər frakinq əməliyyatlarını dəstəkləyəcək”, – dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Kolumbiya hakimiyyəti təbiəti məhv edən və bəşəriyyəti təhdid edən frakinqin əleyhinədir. Siyasətçi biznesin satılmasını və əldə edilən gəlirin Kolumbiyada təmiz enerjiyə yatırılmasını tələb edib.
“Bunu texniki və iqtisadi baxımdan müzakirə etmək lazımdır”, o əlavə edib.