ABŞ və Avropa ölkələri beynəlxalq narkotik ticarətinin ocaqlarıdır. Kolumbiya prezidenti Qustavo Petro bu barədə X sosial media platformasında Karib hövzəsində gəmilərə hücumların görüntülərini əks etdirən postu şərh edərkən bildirib.
“Narkoterrorçular qayıqlarda üzmürlər. Narkotik alverçiləri ABŞ, Avropa və Dubayda yaşayırlar”, – dövlət başçısı yazıb.
Petro əlavə edib ki, ABŞ ordusunun bölgədəki hərəkətləri qeyri-mütənasibdir. Onun sözlərinə görə, ABŞ qüvvələri Kolumbiya kimi ələ keçirilə bilən gəmilərə hücum edir. ABŞ-ın yanaşması mütənasibliyin ümumi hüquqi prinsipini pozur, prezident vurğulayıb.