Kolumbiya prezidenti Qustavo Petro ölkənin şimalında üsyançılar arasında silahlı toqquşmalar səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.
Bu barədə dövlət başçısı X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Petro qeyd edib ki, daxili təlatümlər və iqtisadiyyatda fövqəladə vəziyyətlə əlaqədar xüsusi vəziyyət tətbiq edilir. Prezident Kolumbiyanın məhkəmə sisteminin onun qərarını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Ötən ilin sentyabrında Petro ölkədə onu sıradan çıxarmaq və ya vəzifədən uzaqlaşdırmaq məqsədi ilə dövlət çevrilişi hazırlandığını bildirmişdi. Bu bəyanatlar siyasətçinin prezidentlik kampaniyasının maliyyə mənbələri ilə bağlı araşdırması fonunda verilib. Petronun sözlərinə görə, o, “qanunsuz orqan” tərəfindən mühakimə olunur.