Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın təhdidlərini şərh edərkən, silaha sarılmağa hazır olduğunu bəyan edib və xalqdan kömək istəyib.
O, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
“Mən əsgər olmasam da, müharibədən, üsyandan xəbərim var. 1989-cu il sülh müqaviləsindən sonra bir daha silaha toxunmayacağıma and içmişəm, amma istəməsəm də vətən naminə yenidən silaha sarılacağam. Mən xalqıma böyük inanıram və ona görə də xalqa müraciət etmişəm ki, prezidenti hər cür qanunsuz hərəkətlərdən qorusunlar, onu məni hər cür qanunsuzluqdan qorusunlar. Ölkədəki bələdiyyələrə təhlükəsizlik qüvvələrinə əmrim budur: xalqa atəş açmayın, işğalçıya atəş edin”.















