Kolumbiyada narkotik alverçiləri az qala əsgərləri diri-diri yandırıblarbackend

Narkotik tacirləri kokain laboratoriyasının ləğvi əməliyyatı zamanı iki Kolumbiyalı əsgəri diri-diri yandırmağa cəhd ediblər.

RİA Novosti xəbər verir ki, bu barədə Kolumbiyanın müdafiə naziri Pedro Sançes X sosial şəbəkəsində məlumat verib.

Hadisə Ekvadorla sərhəddə yerləşən Villaqarzon bələdiyyəsində baş verib. Sançesin sözlərinə görə, cinayətkarlar əməliyyatın qarşısını almaq üçün onlara benzin tökərək yandırıblar.

Şöbə müdiri hadisəni törədənlər haqqında məlumat verənə görə mükafatın elan olunduğunu vurğulayaraq, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.