Britaniyanın “Need To Know” xəbər agentliyinin məlumatına görə, səhnə adı Zalek olan məşhur Kolumbiyalı müğənni və bloqçu Eduardo ölümcül motosiklet qəzasına düşüb.
Qəza 10 mart günortadan sonra Medellin şəhəri yaxınlığında baş verib. 30 yaşlı müğənni yüksək sürətlə motosikletinin idarəetməsini itirib, maşına çırpılıb, yıxılıb və başı yol kənarına dəyib.
Tibb işçiləri hadisə yerinə çatanda Zalek hələ də sağ idi. O, təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda ölüb.














