Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardıbackend

Lüksemburqun deputatlar palatası Azərbaycana qarşı əsassız qətnamə qəbul edib. Əfsuslar olsun ki , son zamanlar ölkəmizə qarşı bəzi qərb ölkələri tərəfindən oxşar layihələrin şahidiyik.

İctimai.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycana qarşı təzyiq cəhdləri, ölkəmiz əleyhinə güc göstərmək cəhdləri  mənasız və gülüncdür: Lüksemburq da daxil olmaqla dünyanın hər yerində cinayət törədən insanların cəzası məlumdur. Azərbaycanı nədəsə ittiham etmək mənasız və gülüncdür. Demoktratik dünyanın mühüm tərəfdaşı olan Azərbaycan üzərinə düşən bütün öhdəlikləri icra edir. Əksini ittiham etmək isə müşdəbehlik və ikiüzlülükdür.

Ş.İsmayılov əlavə edib ki, hər kəs, o cümlədən Lüksemburqdan olan deputatlar da anlamalıdrlar ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz: Demokratiya anlayışını əlində siyasi  alət edən dövlətlər, o cümlədən Lüksemburq da yaxşı olar ki, hüququn aliliyi prinsipinə riayət etsinlər. Cinayətkar dünyanın hər yerində cinayətkardır. Əksini iddia edənlər isə, ikiüzlü və mənfəəftcildir. Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı. “COP29”un keçirildiyi bir dövrdə bu tip layihələr sadəcə olaraq siyasi oyun cəhdi və cılızlıqdır. Dünya siyasi səhnəsində ciddi yeri və rolu olmayan Lüksemburq yaxşı olardı ki, sözün hər mənasında cılızlığını başa düşərdi. Biz öhdəliklərimizi bilir və hörmət edirik.

Lüksemburlqu deputatlara bərabərhüquqlu əməkdaşlığa isə hər zaman açıq olduğumuzu xatırlatmaq istəyən Şahin İsmayılov Azərbaycanın demokratik dövlət və beynəlxalq hüququn mühüm tərəfdaşı olduğunu vurğulayıb.