Konqo Demokratik Respublikasının hakimiyyət orqanları Kvanqo əyalətində yayılan naməlum xəstəliyin törədicisini müəyyən etməyə çalışır.
Bu barədə Konqonun Actualite xəbər portalı məlumat yayıb.
Respublika Səhiyyə Nazirliyindən bildirilib ki, qeyd olunan halların dərhal müalicəsinin təmin edilməsi, xəstəliyin xarakterini müəyyən etmək üçün qan nümunələrinin götürülməsi və digər zəruri analizlərin aparılması üçün əyalətə mütəxəssis briqadası göndərilib. Ərazidə “geniş çöl tədqiqatları”nın aparılması gözlənilir.
Nazirlik davam edən araşdırmaların nəticələrini gözləyərək əhalini sakit, ayıq-sayıq olmağa və qabaqlayıcı tədbirlərə ciddi əməl etməyə çağırır”, – deyə səhiyyə naziri bildirib.