ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı sui-qəsddən sonra daha enerjili olub. Bunu RİA Novosti-yə ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Bayron Donalds deyib.
Konqresmenin sözlərinə görə, Trampın davranışı əsasən eyni qalıb. Bununla belə, Donalds qeyd edib ki, keçmiş prezidentin diqqəti və enerjisi artıb. Bu, Trampa gələcək işində kömək edəcək.
Daha əvvəl bildirilmişdi ki, Trampın eşitmə qabiliyyəti Pensilvaniyada keçirilən mitinqdə ona qarşı sui-qəsd zamanı qulağına dəyən güllə səbəbindən pisləşə bilər.
Mənbə: RİA Novosti