“Kontakt Home”dan şikayət: Vətəndaşa məbləğ geri ödənilmir – İDDİAbackend

Şəmkirdə vətəndaş aldığı məhsula görə “Kontakt Home”dan şikayətçidir.

İctimai.az xəbər verir ki, vətəndaş Gündüz Əliyev ötən ay aldığı telefonda yaranmış nasazlığa görə “Kontakt Home”un Şəmkir filialına müraciət edib və orada həqiqətən cihazda problem olduğu təsdiqlənib, ödənişin geri olunacağı bildirilsə də, 1 aya yaxın müddət ərzində geri ödənilmə baş tutmayıb.

Gündüz Əliyev bu barədə sosial şəbəkədə məlumat verib.

Həmin paylaşımı təqdim edirik:

Kontakt Home mağazaları şəbəkəsinə etdiyim şikayətə dair heç bir nəticə ala bilmirəm!

24.09.2024-cü il tarixində Kontakt Home mağazaları şəbəkəsinin Şəmkir rayon filialından mobil telefon aldım. Aldığım məhsulu qüsurlu (3 saat keçməmiş batareyası şişdi və telefonun əmtəə görnüşü dəyişdi) olduğuna görə həmin gün qaytardım. Lakin Kontakt Home əməkdaşları mənə absurd təkliflər (1- ödənişsiz təmir edirik məcbur al , 2- təmir edirik satışa yararlı olarsa təmir xərci sizin puldan tutulsun) edirlər. Əlbəttə heç birini qəbul etmədim. Halbuki, telefona mən tərəfdən heç biz zədə vurulmamış, batareyası şişən zaman dərhal filiala təhvil verilmişdir. Batareyanın şişmə səbəbi mütəxəsisləri tərəfindən araşdırılmış və uzun müddətdən sonra müəyyən olunmuşdur ki, mağazada telefona elektron hava isidicisi ilə vinil çəkilən zaman zədələnmiş və sübut olaraq kamera görüntüsü təqdim olunmuşdur. İndi ödədiyim məbləği geri qaytarılmır.

Aidiyyəti üzrə müraciətimə baxılmasını xahiş edirəm!

Gündüz Əliyev

Qeyd edək ki, “Kontakt Home”dan vətəndaşa araşdırmaların davam etdiyini və bir qədər də gözləməsini bildiriblər.