Könül Vəlibəylinin qızı süni tənəffüs aparatına qoşulubbackend

Bakı Milli Geyim Evinin rəhbəri, Yasamaldakı yanğın zamanı həyatını itirən Könül Vəlibəylinin qızı Ləman Qulamovanın son durumu açıqlanıb.

“Yeni Klinika”dan Oxu.Az-a verilən məlumata görə, onun vəziyyəti kritik ağır olaraq qalmaqda davam edir.

“Pasiyent süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır”, – deyə məlumatda bildirilib.