Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 242 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 198 nəfər müalicə olunaraq sağalıb, 4 896 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 5465 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 254, bu günə qədər isə ümumilikdə 3 496 635 test icra olunub.