Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda bu gün koronavirus infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 182 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İctimai.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat qeydə alınmayıb.