Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2102 yeni yoluxma faktı qeydə alınıb, 863 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 505 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479 675 nəfər müalicə olunaraq sağalıb, 6 793 nəfər vəfat edib. 19 086 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 189, bu günə qədər isə ümumilikdə 5 044 744 test icra olunub.

Qeyd edək ki, dünənki statistikada ölkədə son sutka ərzində yoluxma sayı 1 245 olub, 409 nəfər koronavirusdan sağalıb, analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.